Respublika Kliniki Uroloji Xəstəxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
29.12.2023 12:44

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və ilin yekunu ilə əlaqədar hesabat konfransı keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, konfransda Klinikanın direktoru Fariz Babayev əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb.

 

Fariz Babayev klinikanın tarixi, elmi, tədris-metodiki fəaliyyəti, urologiya sahəsinə verdiyi töhfələr, potensialı barədə geniş məlumat verib.

 

Daha sonra Klinikanın yaranması və fəaliyyəti, eləcə də təmirdən sonra cənab Prezident İlham Əliyevin klinikaya səfərini əks etdirən videoçarx nümayiş etdirilib.

 

Sonda Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında çalışan bir neçə əməkdaş xüsusi hədiyyələrlə təltif olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır