Düzgün qamət sağlamlığın əsas şərtlərindən biridir  
29.12.2023 13:28

ATU-nun Neyrocərrahiyyə kafedrası Rezidentura və magistatura şöbəsi ilə birgə Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün neyrocərrahiyyə dair növbəti seminar keçirib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, seminara moderatorluq edən şöbənin müdir müavini, assistent Namiq Xəlilov bu dəfəki mövzunun onurğa xəstəliklərinin konservativ və ya cərrahi əməliyyatının planlaşdırılmasında sagittal balansın roluna həsr edildiyini bildirib.

 

Daha sonra Neyrocərrahiyyə kafedrasının müdiri, dosent Rövşən Xəlilzadə “Sagittal balans” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, sagittal balansın tibdə əhəmiyyəti düzgün duruş və fəqərə sütununun doğru quruluşunu təmin etməkdən irəli gəlir. Bu, fəqərə sütununun üstünlüyünü və mərtəbəsini qorumağa kömək edir və qamət quruluşunu pozisiyasının istiqamətini tənzimləyir: “Sagittal balansın düzgün qurulması və qorunması fiziki fəaliyyətlər zamanı və gündəlik həyatda fəqərə sütununun qorunmasına kömək edir. Bu, yüklərin düzgün şəkildə paylanmasına və fəqərə sütununun normal funksiyasına təsir göstərir. Sagittal balansın qorunması bel ağrıları və digər əzələ problemlərinin qarşısını almağa kömək edə bilər. Çünki bu, fəqərə sütununun düzgün pozisiyası və dəstəyi təmin etməklə əlaqəlidir. Fəqərə sütunu sinir sistemində əhəmiyyətli bir rol oynayır. Sagittal balansın qorunması nevropatik sistemlərin normal fəaliyyətini təmin etməyə kömək edir və sinir impulslarının düzgün şəkildə ötürülməsini saxlayır”.

 

II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli məruzə ətrafında çıxış edərək vurğulayıb ki, sagittal balans bel problemlərini müalicə edən bütün praktikantlar və xüsusilə əməliyyatdan əvvəlki dövrdə cərrahlar üçün nəzərə alınmalı olan bir amildir.

 

Geniş diskussiya şəraitində keçən seminarda mövzuya dair suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.

 

Tədbirdə kafedranın müəllimləri və neyrocərrahiyyə üzrə təhsil alan rezidentlər və tələbələr iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib