İranda bir gündə koronavirusdan 229 nəfər ölüb
22.07.2020 14:38

İranda koronavirusa yoluxaranların və ölənlərin sayında yenə də artım müşahidə edilir.

 

Aztibb.ax xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında verib. O, bildirib ki, son sutka ərzində 2 min 625 nəfər virusa yoluxub, 229 nəfər isə həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 278 min 827 nəfər, ölənlərin sayı isə 14 min 634-ə çatıb. Eyni zamanda, 242 min 351 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıb. Müxtəlif xəstəxanalarda müalicəsini davam etdirən 3 min 589 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

 

İranda koronavirusun daha da geniş yayılmasının qarşısını almaq məqsədilə tibbi maskadan istifadə məcburi xarakter alıb. Əhalini təmin etmək üçün İranda tibbi maska istehsalı gündəlik 11 milyona çatdırılıb.

 

Mətbuat katibinin sözlərinə görə, regionlarda da vəziyyət dəyişməyib. Belə ki, Şərqi və Qərbi Azərbaycan, Rezavi Xorasan, Əlborz, Elam, Xuzistan, Mazandaran, Fars, Zəncan, Kirman, Gülüstan və Lorestan vilayətlərində vəziyyət ağırdır. Bu vilayətlər qırmızı zonadan hələ də çıxmayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır