ATU-da seminar: “Tələbə elmi-tədqiqat işi necə aparılmalıdır?”
28.12.2023 09:43

ATU-nun Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi “Tələbə elmi-tədqiqat işi necə aparılmalıdır?” mövzusunda seminar keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən xəbərə görə, seminarda çıxış edən universitetin elmi işləri üzrə prorektoru, professor Rauf Bəylərov TEC konfranslarının tələbələrin gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Tədbirin aktual mövzuya həsr edildiyini söyləyən prorektor Tibb Universitetinin tələbələri arasında elmə olan marağın getdikcə artmaqda olduğunu bildirib.

 

Bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində tibb elminin fundamental və kliniki fənləri üzrə daxili-distant formatda keçirilən beynəlxalq tələbə olimpiadasından danışan prorektor əlavə edib ki, Mərkəzi Asiyanın ən qədim tibb universitetində - çoxəsrlik tarixə malik Səmərqəndin yüksək ixtisaslı tibb kadrları hazırlayan Dövlət Tibb Universitetində baş tutan həmin tədbirdə ATU-nun  tarixində ilk dəfə olaraq beynəlxalq olimpiadada qalibiyyət əldə edilib. II Müalicə- profilaktika fakültəsinin tələbəsi Gülgün Məmmədli I-ci, Stomatologiya fakültəsinin tələbələri Süsən Yaqubova və Emel Mahalova II-ci, I Müalicə- profilaktika fakültəsinin tələbəsi Tamara Mahalova isə III-cü yerə layiq görülüblər.

 

Sonra çıxış edən TEC-nin Elmi rəhbəri, tibb elmləri doktoru Muşviq Həsənov bildirib ki, təşkilatın sıraları ildən-ilə genişlənir və qaydalar da günün tələblərinə uyğun olaraq yenilənir. O, qeyd edib ki, bu ənənənin davamı kimi yaxın zamanda “Elmi rəhbər necə olmalıdır?” mövzusunda da əlavə bir seminarın keçirilməsi nəzərdə tutulub. Bundan başqa TEC-in fəaliyyət proqramına daxil olan məsələlərdən biri də qabaqcıl ölkələrin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulmasıdır ki, bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və tibb təhsilinə inteqrasiyası baxımından əhəmiyyətlidir.

 

Tədbirdə TEC-nin sədri Həmid Səfərli, fakültə dekanları, Elşad Novruzov, İsrail Məhərrəmbəyli, Elmira Əliyeva, Fərəh Mədətli, fakültə TEC-nin rəhbəri Aqil Əliyev və başqaları tədqiqat işi aparan tələbələr üçün universitetdə əlverişli şəraitin olduğunu söyləyiblər. Bildiriblər ki, tələbələr öz axtarışlarını indi daha müasir üsullarla həyata keçirir və daha aktual mövzular seçirlər. Bundan başqa ənənəvi olaraq hər il keçirilən TEC-in konfranslarında çıxış edən tələbələrin elmi məruzələri toplum halında yığılaraq çap olunur ki, bu da onların marağına səbəb olur. Onlar söyləyiblər  ki, son dövrlər TEC-nin konfranslarına təqdim edilən məruzələrin əksəriyyəti öz aktuallığı, müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqlənir.

 

Çıxışlarda vurğulanıb ki, tələbələrin elmi tədqiqat işi tədris prosesinin ən vacib komponentlərindən biridir. Tələbələr elmi konfranslarda və olimpiadalarda iştirak edir. Bütün bunlar tələbələrə həmfikir insanları tapmaq, onlara özlərini elmi cəmiyyətin bərabərhüquqlu üzvü hesab etmək imkanı verir. Tədqiqat işlərinin yerinə yetirilməsi prosesində tələbələrə müxtəlif təcrübələr, sorğular, tədqiqatlar, hesablamalar aparmaqla həll edilməli olan konkret tapşırıqlar verilir. Bu tapşırıqların yerinə yetirilməsi üçün tələbələrdən müəyyən bilik və bacarıqlara malik olmaq, ədəbiyyatla işləmək, hesablamalar aparmaq, qrafiklər qurmaq, müxtəlif proqramlarla işləmək bacarıqları tələb olunur. Bütün bu göstərilənlərin öhdəsindən gəlmək üçün elmi dərəcəsi olan, istehsalatda təcrübəyə malik olan ixtisaslaşmış müəllimlər tələbələrə köməklik və rəhbərlik edirlər.

 

Toplantıda TEC-in qarşısına qoyduğu planlardan danışılıb və onun fəaliyyətinin daha da yaxşılaşdırılması üçün bir sıra təklif və rəylər irəli sürülüb.

 

Çıxışlardan sonra maraqlı müzakirələr də aparılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib