Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin əməkdaşları üçün təlimlər keçirilib  
28.12.2023 09:47
Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin əməkdaşları üçün “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, “Vaxtın idarə edilməsi” və “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili, Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri, Təcili Tibbi Yardım və digər şöbələrin iş prosesində insanlarla təmasda olan əməkdaşları iştirak ediblər.
 
Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, tədbiri açılışı sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev keçirilən mövzuların Dövlət Gömrük Komitəsindən daxil olmuş 3-33/3-2-00007/2023 göstərişə əsasən Komitə aparatının struktur bölmələri, Komitə strukturuna daxil olan gömrük orqanları və qurumların əməkdaşları üçün davamlı olaraq keçiriləcəyi barədə, eləcə də əməkdaşların işgüzarlığının artırılmasında bu təlimlərin əhəmiyyətdən danışıb.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının psixiatrı t.ü.f.d. Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: Stressə davamlılığın artırılması”, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssis Şəhla Mirzəzadə “Effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti”, PR üzrə mütəxəssis Dilara Zamanova “Vaxtın idarə edilməsi” və uzman psixoloq Mahirə Pənahlı “İş mühitində effektiv ünsiyyət” mövzularında təlimlər aparıblar.
 
Təlimdə stressin iş prosesinə və sağlamlığa göstərdiyi mənfi amillər, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları və iş prosesində tətbiqinin işgüzarlığa göstərdiyi müsbət təsirləri, effektiv iş mühitinin yaradılmasında komanda işinin əhəmiyyəti, ünsiyyətin növləri və digər mövzularda ətraflı məlumat verilib.
 
Təlim iştirakçıları mövzular ətrafında geniş müzakirələr aparıblar.
 
Sonda Xəstə Xidmətlərinin rəisi Gülşən İmanova Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevə, təlimçilərə və təşkilatçılara təşəkkürünü bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib