Şəkidə məktəblilər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıblar
27.12.2023 16:17
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (Mərkəz) təşkilatçılığı ilə Şəki şəhər 10 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
 
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, qurumun Şəki Regional Laboratoriyasının əməkdaşları məktəbliləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırıb. Gənclərin təhsilə, elmə, idmana olan marağını artırmaq üçün tövsiyyələr veriblər.
 
Tədbirdə çıxış edən mütəxəssislər İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətiriblər. Həkimlər gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını diqqətə çatdırıb.
 
Sonda şagirdlərin fərdi sualları cavablandırılıb. İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır