Lənkəranda “Pulmonar hipertenziya ilə bağlı maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində təlimlərə start verilib
28.12.2023 09:11
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) və Azərbaycan Kardilogiya Cəmiyyətinin təşkilati dəstəyi, Paşa Holdinq Şirkətlər Qrupunun baş sponsorluğu ilə həyata keçirilən “Azərbaycan Respublikasında Pulmonar hipertenziya ilə bağlı maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində ilk təlim Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə təşkil olunub.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Təlimçilər Şəfa Şahbazova "Pulmonar hipertenziya: etiologiya, epidemiologiya və klassifikasiyası", Aygün Kazımlı "Pulmonar hipertenziya: hemodinamik təsviri və diaqnostikası", Şəfəq Mustafayeva "Ürəyin sağ kameralarının exokardioqrafik dəyərləndirilməsi", Anaxanım Səfərova "Pulmonar hipertenziyanın müalicəsinə müasir baxış", Lalə Babayeva "Xronik tromboembolik pulmonar hipertenziya: diaqnostika və müalicəsi" mövzuları üzrə təqdimatlarla çıxış ediblər.
 
Yerli mütəxəssislərin iştirak etdiyi təlim proqramında Pulmonar hipertenziyanın yaranma səbəbləri, diaqnostikası, müasir müalicə metodları və digər mövzular ətrafında danışılıb.
 
Sonda auditoriyanı maraqlandıran suallara aydınlıq gətirilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib