Mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının əməliyyatdan sonrakı vəziyyəti qənaətbəşxdir
27.12.2023 13:23

Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan ANAMA Mətbuat Xidmətinin əməkdaşı Zaur Mahmudovun əməliyyatdan sonrakı vəziyyəti qənaətbəşxdir.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.

 

Uzman həkin Cəfər Nəsirlinin sözlərinə görə, travmatologiya şöbəsinə yerləşdirilən Zaur Mahmudovun böyük aşağı ətrafının-sol baldırının üçdə bir hissəsinin ciddi zədələndiyi aşkarlanıb: “Sol baldırın böyük bir hissəsində yumşaq toxumaların məhv olması, sümük toxumasının dağılması, vətər və sinirlərin parçalanması müşahidə olunub. Xəstənin ayağında böyük bir defekt var idi. 5 saata yaxın davam edən ilk əməliyyat zamanı zədələnən toxumaları, damar-sinir toxumalarını bərpa etdik, rekonstruktiv ənməliyyat icra olundu. Hazırda vəziyyəti qənaətbəxş olan xəstədə növbəti əməliyyatın da aparılacağı planlaşdırılır”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib