44 günlük Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunan elmi konfrans keçirilib
26.12.2023 14:31

Hərbi Tibb fakültəsində Adyunkt və Hərbi Tibb fakültə rezidentlərinin 44 günlük Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunmuş birgə elmi konfransı keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirdə Milli Müdafiə Universitetinin, Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin və Azərbaycan Tibb Universitetinin nümayəndələri iştirak ediblər.

 

Konfransda ilk öncə  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi, həmçinin ərazi bütövlüyü uğurunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himnimiz səsləndirilib.

 

Milli Müdafiə Universitetinin rektorunun elmi işlər üzrə müşaviri, biologiya üzrə elmlər doktoru Elimxan Cəfərov, Azərbaycan Ordusunun baş terapevti, tibb xidməti polkovniki Natiq İbayev çıxış edib və konfrasın işinə  uğurlar diləyiblər.

 

Hərbi Tibb Fakültəsinin tədris işləri üzrə rəis müavini- şöbə rəisi, tibb xidməti polkovniki Məharət Rzayev çıxışında məlumat verib ki, konfransın gündəliyinə hərbi təbabət istiqamətində 30 adda tezis daxil edilib. Bunlardan da 16-ı hərbi cərrahiyə, 14-ü isə hərbi terapiya ixtisası üzrə olub. Tezisləri təqdim edənlərin 4-ü adyunkt, 6-ı doktorant, 20-i isə rezidentdir. Ümumilikdə qəbul olunmuş tezislərdən 16 adda çıxış planlaşdırılmışdır ki, onlardan da 2-i adyuknt, 1-i doktorant, 13-ü isə rezidentdir.

 

Konfransda məruzələr dinlənildikdən sonra Milli Müdafiə Universitetinin rektorunun elmi işlər üzrə müşaviri, biologiya üzrə elmlər doktoru Elimxan Cəfərov, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Tibb Hissəsi rəisinin elmi işlər üzrə müavini t.ü.f.d. Rafael Əhmədov və Azərbaycan Tibb Universitetinin (ATU-nun)  Mikrobiologiya və İmmunologiya kafedrasının müəllimi, dosent Səidə Hacıyeva çıxış edərək Adyunkt və Hərbi Tibb Fakültəsinin rezidentlərinin elmi konfransının bir qayda olaraq davamlı şəkildə keçirilməsinin vacibliyindən söhbət açıblar. Onlar  hərbi tabəbət elminin inkişafı istiqamətində və həmçinin gələcəkdə  elmi kardların hazırlamasında rəhbərlik tərəfindən böyük addımların atıldığını vurğulayıblar və bu sahədəki xidmətlərinə görə Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzova, tədris işləri üzrə rəis müavini, tibb xidməti polkovniki Məharət Rzayevə və tibb xidməti mayoru Bəxtiyar Əliyevə təşəkkürlərini bildiriblər.

 

Elmi konfransın yekununda çıxış edənlərə xüsusi sertifikatlar təqdim olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev