“XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib
26.12.2023 09:28
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “XXI əsrdə məktəbyaşlı uşaqların sağlamlığı” mövzusunda konfrans keçirilib.
İSİM-dən Aztibb.az-a bildirilib ki, konfransda dövlət, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Səhiyyə Nazirliyinin Tibb xidmətləri şöbəsinin baş məsləhətçisi Nigar Nəzərli, İSİM-in direktoru Qəhrəman Haqverdiyev, Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, TƏBİB-in aparıcı-məsləhətçisi Səkinə Əzizli, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli açılışda çıxış ediblər. Çıxışlarda bildirilib ki, müasir insanın xəstəlikləri, ilk növbədə onun həyat tərzindən, gündəlik davranışından qaynaqlanır və sağlam davranışın əsası ilk növbədə ailədə qoyulur, məktəbdə isə daha da təkmilləşdirilir. Ona görə də, valideynlər arasında və məktəblərdə sağlam həyat tərzinin təbliği, tibbi biliklərə dair məlumatlılığın artırılması istiqamətində maarifləndirilmənin aparılmasının əhəmiyyəti bir daha vurğulanıb.
Tədbirdə Qəhraman Haqverdiyev təqdimatla çıxış edərək Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə ölkəmizdə 2022-ci ildə həyata keçirilən uşaqlarda artıq çəki və piylənmənin öyrənilməsi – COSI tədqiqatının nəticələri barədə ətraflı məlumat verib: “Bu tədqiqat göstərir ki, ölkəmizdə 8 yaşlı uşaqlar arasında arıqlığın yayılması 4,1 %, bədən çəkisi (piylənmə daxil olmaqla – 26,9%, piylənmə isə 10,7 % təşkil edib. O da məlum olub ki, piylənmənin yayılması oğlanlar arasında qızlara nisbətən daha yüksəkdir (müvafiq olaraq 12,0% və 9,3%). Sorğuya əsasən deyə bilərik ki, şagirdlər sağlamlığın əsas əlamətlərini müəyyən edə bilmirlər və gündəlik rejimin əhəmiyyətini, qidalanma, gigiyena və sair amillərin sağlamlığın qorunması üçün vacibliyini yetərincə anlamırlar”.
ATU-nun Uşaq və yeniyetmələrin sağlamlığı və əmək gigiyenası kafedrasının müdiri Şəhla Balayeva “Azərbaycanda uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, profilaktik yanaşmalar”, “Umidli Gələcək” Qeyri-Hökumət Təşkilatının rəhbəri Kəmalə Aşumova “Uşaqların sağlamlığı istiqamətində QHT və İSİM-in əməkdaşlığı”, 149 saylı orta məktəbin direktoru Rahilə Baxşıyeva “Sağlam həyat yaşam devizimizdir”, 3 saylı orta məktəbin direktoru Almaz Həsrət “Məktəblinin sağlam qidalanması: qarşıda dayanan vəzifələr və təkliflər” mövzusunda təqdimatlarla çıxış ediblər.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, HBCS tədqiqatının layihə rəhbəri Səbinə Babazadə, Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova, Monitorinq və təhlil şöbəsinin müdir muavini Zümrüd Kazımova məktəblilərin sağlamlığın qorunması, sağlam həyat tərzi ilə bağlı maarifləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.
Konfransda səmərəli fikir mübadiləsi aparılıb, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Sevinc Həsənova və digər iştirakçılar tərəfindən təkliflər səslənib.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
Qırğızıstan Prezidentinin İşlər İdarəsinin Klinik Xəstəxanası ilə Mərkəzi Klinika arasında Əməkdaşlıq Memorandumu imzalanıb
16.10.2026 | 13:16
Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda xroniki ağrılarda fizioterapiyanın roluna dair seminar keçirilib
16.10.2026 | 12:18
Zərifə xanım Əliyevaya həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb
16.10.2026 | 11:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

