Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı - Aygün Zeynalova
02.01.2024 16:43
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Aygün Zeynalovadən bəhs edəcəyik. 
 
O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, 2012-2017-ci illərdə Mərkəzi Klinik Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə rezidentura təhsili alıb.
2015-2016-cı illərdə Türkiyə Respublikasının “Uludağ” universitetində neyrocərrahiyyə mövzusu üzrə təkmilləşdirmə kursu keçib.
 
Aygün Zeynalova 2018-ci ilin yanvar ayından 2021-ci ilin oktyabrınadək Mərkəzi Klinik Xəstəxanasında həkim-neyrocərrah vəzifəsində işləyib. 2021-2023-cü illərdə “Caspian İnternational Hospital” MMC-də həkim-neyrocərrah kimi fəaliyyətini davam etdirib.  2023-cü ildən etibarən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsində həkim-neyrocərrah vəzifəsində çalışır.
 
2022-ci ildə Səhiyyə Nazirliyinin sertifikasiya imtahanını uğurla keçib və sertifikat alıb.
 
Qeyd edək ki, Aygün Zeynalova kəllə-beyin travmaları, onurğa travmaları, disk yırtığı, dar kanal, spondilolistez (fəqərə sürüşməsi), hidrosefaliya, kiari malformasiyası və s. cərrahi əməliyyatlarını icra edir.
Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır