Bio-Etika komissiyasının iclasında bir sıra məsələlər müzakirə olunub
23.12.2023 15:59

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin sədrliyi ilə Bio-Etika komissiyasının növbəti iclası keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, iclasda ötən ilin yekunları, hazırda Hospitalın bazasında keçirilən iki klinik tədqiqatın gedişi, 2024-cü il üçün planlar müzakirə olunub.

 

Bio-Etika komissiyasında, həmçinin Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən Hospitalın bazasında iki yeni klinik tədqiqatın aparılması ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.

 

Əsas tədqiqatçılar çıxış edərək hər bir klinik tədqiqat haqqında məlumat verib, komissiya üzvlərinin suallarını cavablandırıblar.

 

Komissiya üzvləri tədqiqatların genişləndirilməsi, bəzi yeni aspektlərin daxil edilməsi ilə bağlı öz təkliflərini veriblər. Müzakirələr nəticəsində tədqiqatların müəyyən düzəlişlərdən sonra yenidən təqdim edilməsi və Bio-Etika Komissiyasının 18 yanvar 2024-cü il tarixində keçiriləcək növbəti iclasında baxılması haqqında qərar qəbul edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev