Pasiyent Təşkilatları İttifaqının III Respublika Forumu keçirilib
23.12.2023 13:50

Pasiyent Təşkilatları İttifaqının III Respublika Forumu öz işini uğurla başa çatdırıb.

 

Yeni Klinikadan Aztibb.az-a bildirilib ki, forumda hemofiliya, leykemiya, talassemiya, donor qanının tədarükü, kistik fibroz, parkinson, spinal əzələ atrofiyası, şəkərli diabet, vərəm xəstəlikləri və eşitmə məhdudiyyətli pasiyentlərə koxlear implantasiya kimi mövzular müzakirə olunub.

 

150 nəfərdən çox iştirakçı arasında təcrübə mübadiləsi aparılan forumun açılışında Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov “Pasiyent təşkilatları ittifaqının məqsədi və fəaliyyət istiqamətləri” haqqında çıxış edib.

 

Tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentin monitorinq şöbəsinin məsləhətçisi Kəmalə Əliyeva, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, İctimai Səhiyyə üzrə mütəxəssis, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi Tural Qulu yaxın gələcəkdə görüləcək işlər və perspektivlər haqqında məlumat veriblər.

 

Forumda, həmçinin Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri, uzman həkim Əkbər Quliyev “Kistik fibroz xəstəliyində vacib məqamlar” və Yeni Klinikanın həkim-hematoloqu Sevil Cəlilova isə “Leykemiyanın müalicəsində beynəlxalq standartlar və sümük iliyi transplantasiyası” mövzuları ilə çıxış ediblər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev