Podaqra xəstəliyinə həsr olunan seminar təşkil olunub
23.12.2023 15:31

ATU-nun Tədris Terapevtik Klinikası Rezidentura və magistratura şöbəsi ilə birgə növbəti seminar keçirib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirə moderatorluq edən şöbə müdirinin müavini, assistent Namiq Xəlilov bu günkü mövzunun podaqra xəstəliyinə həsr olunduğunu bildirib və məruzəçini təqdim edib.

 

Sonra III Daxili xəstəliklər kafedrasının “Revmotologiya” ixtisası üzrə təhsil alan 4-cü kurs rezidenti Səltənət Səmədova günümüzdə aktual problem olan podaqra xəstəliyi haqda çıxış edib. O, xəstəliyin yaranması, klinikası, patofiziologiyası, diaqnostika üsulları və müalicəsi barədə ətraflı məlumat verib. Bildirib ki, podaqra - hiperurkemiyanəticəsində əmələ gələn bir xəstəlikdir: “Bu zaman ən çox hallarda ayağın MTF oynağı zədələndiyindənkristallar oynağa çökür və kəskin ağrı, qızartı, şişkinlik baş verir. Bu xəstəlik kişilərdə 40-50 yaşda, qadınlarda isə menopauza dövründə baş verir. Podaqra kəskin podagrik artrit, tofuslar, podagriknefropatiya, urolitiaz, qanda dəyişikliklərlənəticələnir. Bu xəstəliyin əlamətləri EÇS yüksəlməsi, leykositoz, trombositoz, Urat turşunun artması > 6,8 mg/dl ilə özünü göstərir. Diaqnostikası rentgen vasitəsilə aparılaraq, oynaqətrafı yumşaq toxumaların ödəmi, tofus, sümük eroziyası, USM, ikili kontur ilə müəyyən edilir. Müalicəsinə gəldikdə isə QSİƏP, kolxisin, antihiperurikemik və allopurınoldan istifadə olunur”. 

 

S.Səmədova qeyd edib ki, metobolik xəstəliklərdən biri sayılan bu xəstəlik erkən aşkarlanıb düzgün diaqnoz qoyularsa və vaxtında müalicəsi aparılarsa, nəticəsi də müsbət olar.

 

Məruzə ətrafında çıxış edən rezidentin rəhbəri, III Daxili xəstəliklər kafedrasının professoru Fərhad Talıbov podaqra xəstəliyini yaradan səbəblərdən, müasir dövrdə onun müalicəsinin aparılmasından və əldə etdiyi təcrübədən bəhs edərək məruzəçinin apardiğı elmi araşdırmalar barədə məlumat verib. 

 

Tədbirdə Tədris Terapevtik Klinikanın Baş həkimi Fəridə Hacıyeva, klinikanın həkimi Arzu Bağırova, rezidentlər və tələbələr iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub