ATU-nun həkim-oftalmoloqu Omanda beynəlxalq konfransda ölkəmizi təmsil edib  
24.12.2023 09:25

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkim-oftalmoloqu, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Gənc Oftalmoloqlar Komitəsində oftalmoloqlarla iş üzrə mentor Gülnar Əliyeva Omanın paytaxtı Maskat şəhərində keçirilən 17-ci MEACO (The Middle East Africa Council of Ophthalmology) konqresində və 19-cu MİOC (Muscat İnternational Ophthalmology Conference) beynəlxalq konfransında dəvətli məruzəçi kimi iştirak edib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.


Toplantıda gözün nadir rast gəlinən törəmələri haqqında məruzə, eyni zamanda öz klinik fəaliyyəti zamanı aşkarlanan bu törəmələrlə bağlı klinik hallar təqdim edilib.

 

Tədbirdə dünyanın 42 ölkəsindən  2000-dən çox oftalmoloq iştirak edib. Həmçinin 500-dən çox oftalmoloq elmi müzakirələrə qatılıb.

 

Xatırladaq ki, MEACO Yaxın Şərq və Afrikadakı oftalmoloji cəmiyyətlər üçün əlaqələndirici platformadır. 1989-cu ildə yaradılmış bu şuranın əsas vəzifəsi regionda korluğun qarşısının alınması ilə bağlı dövlət və özəl sektorlar arasında informasıyanın artırılmasıdır. Hazırda 34 oftalmoloji cəmiyyət, eyni zamanda 2006-cı ildən Türkiyə Oftalmoloji Cəmiyyəti bu şuranın üzvüdür.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub