Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının beynəlxalq konfransı keçirilib
21.12.2023 15:17

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

 

Aztibb.az-a ATU-dan verilən məlumata görə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Konfransda AzTV-nin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnar Məmmədli beynəlxalq tədbirdə 44 gülük Vətən müharibəsinin çoxsaylı qalibləri, o cümlədən şəhid anası Zülfiyyə Quliyeva və könüllü həkimlərin iştirak etdiyini diqqətə çatdırıb. O, müzakirələrin “Könüllülük hərəkatının səhiyyə sektorunda rolu: mövcud reallıqlar və perspektivlər” mövzusunda davam edəcəyini, bu müzakirələrə bir sıra xarici ölkələrin könüllü həkimlərinin onlayn qoşulacağını qeyd edib.

 

AKHA-nın sədri, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oktay Mehdiyev müharibə veteranları, qazilər və şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyevaya tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi təşkilatın 500-dən artıq üzvü olduğunu və 3 il ərzində xeyli qazilərimizə və şəhid ailələrinə təmənnasız tibbi xidmət göstərdiklərini söyləyib: “Qarabağ və Şərqi Zəngəzurda həkimlərimiz tibbi xidmət göstərərkən, paralel olaraq 20-dən çox digər şəhər və rayonlarımızda həssas təbəqə üzvlərinin müayinə və müalicəsi məqsədilə “Azərbaycanın regionlarında şəhid ailə üzvləri və qazilərin sağlamlığı” layihəsinə başladıq. Bu aksiya çərçivəsində 25 ixtisas üzrə ümumilikdə 100-dən çox həkim tərəfindən 1500-dən çox şəhid ailə üzvü və qazilərimiz müayinə olundu və 15 mindən çox tibbi prosedur həyata keçirildi. 100-dən çox vətəndaşımız Bakı şəhərində yerləşən öncül xəstəxanalarımıza gətirilərək cərrahi əməliyyat edildi.

 

Oktay Mehdiyev qeyd edib ki, regionlarda təşkil olunan aksiyalar zamanı və sosial şəbəkə hesablara olunan müraciətlər əsasında şəhid ailə üzvləri və qazilərin stomatoloji yardımlara ehtiyac duyduğu müəyyənləşdirilib və dərhal yeni bir layihəyə start verilib. Bu vəsilə ilə AKHA-ya müraciət edən 2000-dən çox həssas təbəqə üzvünə 350-dən çox dental implant, 100-dən çox şəhid övladına isə breket müalicəsi və digər stomatoloji prosedurlar həyata keçirilib.

 

O, təşkil etdikləri digər aksiyalardan və qardaş Türkiyədə baş verən zəlzələ zamanı könüllü həkimlərin göstərdiyi fəaliyyətdən də söhbət açıb.

 

Konfransa onlayn şəkildə İtaliya, Pakistan, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən könüllü həkimlər də qoşulub, keçirilən tədbirin əhəmiyyəti və mahiyyəti barədə fikirlərini bildiriblər.

 

Şəhid ailələri adından çıxış edən Zülfiyyə Quliyeva onlara göstərilən diqqət və qayğıya görə könüllü həkimlərə təşəkkürünü bildirib.

 

Konfransda çıxış edən digər natiqlər AKHA-nın fəaliyyətindən bəhs ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev