Azərbaycanlı həkim Rusiyada beynəlxalq konqresdə estetik cərrahiyyə sahəsində tətbiq olunan yeni metodlardan danışıb  
21.12.2023 14:27

Rusiyanın Moskva şəhərində “Plastik cərrahiyyə, estetik təbabət və kosmetologiya” mövzusunda beynəlxalq konfrans keçirilib.

 

Azərbaycan Tibb Universitetindən Aztibb.az-a verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrah, ATU-nun Tədris Cərrahiyyə Klinikasında plastik cərrahiyyə ixtisası üzrə təhsil alan rezidentlərin kuratoru, professor Vaqif Qələndər təmsil edib.

 

O, indiyədək apardığı mürəkkəb dərəcəli plastik əməliyyatlar, eləcə də estetik cərrahiyyə sahəsində dünyada tətbiq olunan yeni metodları barədə məlumat verib və bu sahədə qazandığı nailiyyətləri, əldə etdiyi təcrübəni tədbir iştirakçıları ilə bölüşüb.

 

Konfrans çərçivəsində Rusiya Plastik, Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyəti ilə Azərbaycan Plastik Cərrahlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu da imzalanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır