Səhiyyə Nazirliyi 37 tibbi müəssisəsində tibbi tullantıların idarəolunması ilə bağlı monitorinq aparılıb
21.12.2023 13:09

İlkin mərhələdə özəl və dövlət xəstəxanaları olmaqla 37 tibbi müəssisəsində tibbi tullantıların idarəolunması ilə bağlı monitorinq aparılıb.

 

Aztibb.az “Report”-a istinadla xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Milli Məclisdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

 

O bildirib ki, toplanan materiallar analiz olunub və təkliflər verilib: “Normativ hüquqi bazanın təkmilləşdirilməsi, bəzi dəyişikliklərin edilməsi zəruridir. Tələblərin yeni redaksiyada və daha müasir formada olması mütləqdir. Çünki əvvəlki tələblər 2007-ci ildə o vaxtın reallıqlarına uyğun idisə, artıq 16 il vaxt keçib, tələblər dəyişib. Yeni yanaşma təsnifatları var. Səhiyyə Nazirliyi bununla bağlı təkliflərini hazırlayıb və qısa zamanda aidiyyəti üzrə təqdim edəcək. Çeşidlənmədə müəyyən problemlər var və bunun da kökündə “necə edilməsi” məlumatsızlığı dayanır”.

 

Nazir müavini söyləyib ki, bu gün xəstəxanalarda tullantıların zərərsizləşdirilməsi ilə bağlı yeni texnologiyadan istifadə edilməlidir: “Belə olsa, proses 8 dəfə ucuz başa gələcək. Hətta bu azad edilən ərazilərdə qurulan xəstəxanalara da şamil edilə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub