“Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” adlı beynəlxalq konfrans öz işini davam etdirir
20.12.2023 16:23

Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans açılışdan sonra öz işini hibrid formatda (canlı və Zoom proqramı üzərindən onlayn) plenar və seksiya iclaslarında davam etdirib.

 

Aztibb.az-ın xəbərinə görə, konfransın plenar iclasına Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının rəhbəri professor Qərib Mürşüdov moderatorluq edib.

 

İclasda tanınmış Böyük Britaniya alimi, MRC Weatherall Molekulyar Tibb İnstitutunun və Oksford Universitetinin professoru Uolter Bodmer, ABŞ-ın Emory Universiteti Emerson adına Elmi Hesablamalar Mərkəzinin direktoru, professor Camaləddin Musayev, ABŞ-ın Nebraska Tibb Universiteti, Eppley Tədqiqat İnstitutu, Fred və Pamela Buffett Xərçəng Mərkəzinin professoru Tahir Tahirov, Türkiyənin Akdeniz Universitetinin professoru, MBBİ-nin Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov biologiyanın aktual problemlərinə, bu problemlər üzrə özlərinin apardıqları tədqiqatlara və həmin tədqiqatların dünyüdü qəbul edilmiş mühüm nəticələrinə dair plenar məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, geniş müzakirələr aparılıb.

 

Daha sonra konfrans öz işini biologiya elmində qlobal çağırışlar və gələcək inkişaf perspektivləri; biologiyada rəqəmsal texnologiyalar, maşınöyrənmə üsulları və süni intellekt; bioetika və sintetik biologiyanın problemləri; Genomiks, proteomiks, postgenom texnologiyalar biologiya elminin problemlərinin həllində; gen, hüceyrə və zülal mühəndisliyi, transgenez; populyasiya genom tədqiqatları mövzularında parallel keçirilən seksiyalarda davam etdirib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır