İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndələri “Rusiya səhiyyə həftəsi – 2023” belnəlxalq forumunda iştirak ediblər
13.12.2023 16:46
Moskva şəhərində “Rusiya səhiyyə həftəsi – 2023” belnəlxalq elmi-praktik forumu keçirilib. Forumun əsas məqsədi “Səhiyyə və demoqrafiya”, “Turizm və qonaqpərvərlik sənayesi”, “Tibbi xidmətlər ixracının inkişafı” layihələrini təşviq etmək və tibb sahəsində elm və texnologiyalarla bağlı fikir mübadiləsi aparmaq idi.
 
Forumda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva və Səhiyyə texnologiyaları və teletəbabəti şöbəsinin müdiri Samir Mehdiyev iştirak ediblər.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, “Rusiya səhiyyə həftəsi" çərçivəsində sərgilər təşkil olunub, “İctimai səhiyyə”, İnnovativ tibbi layihələrin tətbiqi: pasiyentlər üçün yenilikləri əlçatan etməyin yolları”, “Qadının ailə üzvlərinin sağlamlığını qorumaqda rolu”, “Elm və texnologiya onilliyi: Səhiyyə”, “Qadın – sağlamlıq modeli” və s. mövzularda sessiyalar keçirilib.
 
İştirakçılar forum çərçivəsində keçirilən konfrans, təqdimat, seminar və ustad dərslərində iştirak edib, təcrübələrini bölüşüb, səhiyyə sistemində tətbiq olunan innovasiyalar barədə fikir mübadiləsi aparıblar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır