Ulu Öndər Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb
12.12.2023 18:57

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, iştirakçılar ilk öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım açılış nitqi ilə çıxış edərək dahi şəxsiyyət, böyük insan, Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, o cümlədən ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində həyata keçirilən islahatlar, müstəsna töhfələrindən danışıb.

 

Rəis müavini Şahlar Mirqasım çıxışında bildirib: “Ulu öndər Heydər Əliyev həm respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969–1982–ci illərdə, həm SSRİ–nin ali hakimiyyət orqanlarında təmsil olunduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətində Vətənimizin ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişə xidmət edib, onun tərəqqisi üçün var qüvvəsi ilə çalışıb. Azərbaycanın ən çətin günlərində məsuliyyəti öz üzərinə götürüb, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxararaq bugünkü gerçəkliyinin və işıqlı sabahının möhkəm təməlini yaradıb”.

 

Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sənədli film izlənilib.

 

Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Planlaşdırma və marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova və baş tibb bacısı Nigar Maqsudova çıxış edərək Ulu Öndər Heydər Əliyevin səhiyyə, gömrük və gənclər siyasəti sahələrində fəaliyyəti barədə geniş məlumat veriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev