ATU-da Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
12.12.2023 15:48

Dekabrın 12-də Azərbaycan Tibb Universitetində (ATU) xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, əvvəlcə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Anım tədbirində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, müstəqil dövlətimizin qurulmasında müstəsna xidmətlərindən danışıb. O, bəgünkü tədbirdə professor-müəllim heyəti ilə yanaşı, tələbələrin də iştirak etməsinin xüsusi önəmi olduğunu söyləyib.

 

Azərbaycanda səhiyyə sahəsinin inkişafının və peşəkar tibbi kadrların hazırlanmasının da məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan rektor diqqətə çatdırıb ki, Heydər Əliyevin xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri əvəzsizdir: “Tarix onun dahiliyini və uzaqgörənliyini hər dəfə təsdiq edir. Keçmiş günlərə nəzər saldıqda, Ulu Öndərin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bildiyini görürük. O zaman müxtəlif qüvvələrin təsiri nəticəsində Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü sual altında idi. Məhz Heydər Əliyevin müdaxiləsi, onun yürütdüyü müdrik siyasət nəticəsində bu təhlükələr sovuşdu. Azərbaycan dövlətçiliyi bütün qüvvələrə qalib gəldi. Bu gün bizim ölkəmiz ən qabaqcıl ölkələrin sırasındadır. Azərbaycan sanki bir xoşbəxtlik və sabitlik adasıdır”.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən qürurla söhbət açan rektor qeyd edib ki, hətta iki-üç il əvvəl Xankəndinin mərkəzində hərbi parad keçirəyimiz bizə fantastik yuxu kimi görünərdi. Şükürlər olsun ki, artıq xəyallarımız reallaşıb: “Mən istərdim ki, siz həkimlik peşənizlə yanaşı, tariximizi də yaxşı öyrənəsiz. Biləsiniz ki, bu tarixi qələbə asanlıqla başa gəlməyib. Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan müstəqil bir dövlətdir, xalqımız öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməyə qadirdir. Zəfər yürüşündən danışanda haqlı olaraq deyirik ki, bu böyük qələbə möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində mümkün olub. Eyni zamanda unutmuruq ki, şanlı qələbəmizin bünövrəsi Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub”.

 

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da anım tədbirində çıxış edərək Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə həyata keçirdiyi həm siyasi, həm iqtisadi islahatlardan söz açıb. Bildirib ki, Ulu Öndərin xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi dövlət üçün, xalq üçün bir qurtuluş günü idi. Ulu Öndərin ən böyük şah əsəri müstəqil, suveren Azərbaycan dövlətidir. 

 

Çıxışında Ulu Öndərin gənclər siyasətindən danışan ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Məhəmməd Məmmədov qeyd edib ki, ölkəmizdə inkişaf edən və inkişaf etməkdə olan hansı sahəyə baxsaq, Heydər Əliyevin imzasını görürük: “Sirr deyil ki, Ulu Öndərin ən çox yatırım etdiyi sahə gənclər sektorudur. Heydər Əliyev hər zaman gənclərin formalaşmasına, onların inkişaf etməsinə xüsusi diqqət yetirirdi”.

 

Anım tədbirində dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” sənədli filmi də nümayiş etdirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır