Otorinolarinqoloq İsmayıl İsmayılov - Həkimlərimizi tanıyaq!
21.12.2023 16:59
Aztibb.az "Həkimlərimizi tanıyaq!“ rubrikasında bu dəfə Birinci kateqoriyalı həkim, Moskva Otorinolarinqoloqlar Cəmiyyətinin üzvü, qulaq, burun, boğaz həkimi İsmayıl İsmayılovu oxuculara təqdim edir.
 
O, 1972-ci ildə Bakı şəhərində anadan olub. 1991-1997-ci illərdə Rusiya Federasiyası Saratov Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Saratov Dövlət Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internatura keçib.
 
1998-ci ildə Saratov Dövlət Tibb Universitetində otorinolarinqologiya üzrə ixtisaslaşıb. 2006-cı ildə Rusiya Xalqlar Dostluğu Universitetində otolarinqologiya üzrə ixtisasın təkmilləşdirmə kursu, 2006-cı ildə Rusiya Federasiyası Prezident Aparatı Tədris və Tədqiqat Tibb Mərkəzində sübut əsaslı tibb nöqteyi-nəzərindən farmakoterapiya və qulaq, burun, boğaz xəstəlikləri üzrə mühazirə-tədris kurslarını, 2011-ci ildə isə Rusiya Federasiyası “Otorinolarinqologiya” Elmi Kliniki Mərkəzdə surdologiya və eşitmə orqanının protezləşdirilməsi kursunu keçib.
 
2006-2008-ci illərdə Rusiya Federasiyası “Otorinolarinqologiya” Elmi Kliniki Mərkəzində otorinolarinqologiya üzrə ordinatura keçib.
 
İsmayıl İsmayılov 1998-2006-cı illərdə Rusiya Federasiyası Saratov Şəhər Xəstəxanasında, 2006-2007-ci illərdə Rusiya Federasiyası 219 saylı Şəhər Xəstəxanasında, 2008-2011-ci illərdə Rusiya Federasiyası ASC “Medisina”da, 2011-2012-ci illərdə Bakı Beynəlxalq Tibb Mərkəzində, 2013-cü ildə Medera Hospitalda, 2013-2019-cu illərdə Medical Plazada, 2019-2023-cü illərdə isə Milan hospitalda qulaq, burun, boğaz həkimi işləyib.
Hazırda Nizami Tibb Mərkəzində qulaq, burun, boğaz həkimi kimi fəaliyyətini davam etdirir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub