Ankarada həkimlər Qəzza üçün “səssiz yürüş” təşkil ediblər
11.12.2023 10:59

Türkiyənin bir çox şəhərlərindən həkimlər və səhiyyə işçiləri Ankaranın Etlik Şəhər Xəstəxanasına gələrək Fələstində baş verənlərə diqqət çəkmək üçün “səssiz yürüş” təşkil ediblər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, qrup Fələstin və Türkiyə bayraqları daşıyaraq şüar atmadan Ankara Sağlamlıq Elmləri Universiteti (SBU) Gülhanə Təhsil və Araşdırma Xəstəxanasındakı məscidə doğru addımlayıb.

 

Qrup adından mətbuata açıqlama verən Tibb fakültəsi tələbəsi Ahmet Hakan Ertem, İsrailin 7 oktyabrdan bəri Fələstində mülki, xəstə, həkim, uşaq və qadın fərq etmədən böyük bir qətliam törətdiyini bildirib.

 

İnsan haqları və beynəlxalq hüquqa zidd olaraq minlərlə dinc sakinin, qadın və uşağın vəhşicəsinə qətlə yetirildiyini deyən Ertem, tibbi ləvazimatların tədarükü və səhiyyə xidmətlərinin göstərilməsinin qarşısının alındığını, hətta körpələrin də inkubatorlarda ölümə səbəb olduğunu deyib.

 

Ertem, səhiyyə nümayəndələri olaraq Qəzzada mülki vətəndaşların, uşaqların, qadınların, həmkarların və xəstələrin həyatını qorumaq üçün İsrailin hücumlarına reaksiya vermək və həkimlik peşəsinə yaraşan mövqe tutmaqda qərarlı olduqlarını bildirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır