65 yaşdan yuxarı insanlar pandemiya dövründə daha aktiv həyat tərzi sürüblər - İngiltərədə
27.10.2020 16:33

Pandemiya dövründə əsas risk qrupuna 65 yaşdan yuxarı şəxslər aid olunur. Bir çox ölkələrdə məhz bu səbəbdən 65 yaşdan yuxarı əhali ilə bağlı xüsusi karantin tədbirləri olub. Mütəxəssislər onlara karantin dövründə də mümkün olduğu qədər aktiv olmağı, ev şəraitində olsa belə idman hərəkətləri etməyi tövsiyə ediblər.

 

İngiltərədə aparılan bir araşdırma nəticəsində yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı ən aktiv qrupun 65 yaşdan yuxarı olanlar olduğu ortaya çıxıb.

 

“Daily Mail”-in verdiyi məlumata görə, London Universitet  Kollecinin (UCL) mütəxəssisləri 14-93 yaş arası insanlarla bağlı məlumatları araşdırıblar və COVID-19 epidemiyasının fiziki idman vərdişlərinə təsir etdiyini sübut ediblər. Tədqiqat çərçivəsində, yanvar ayından iyun ayının sonuna qədər 5 min 395 adamın smartfonuna yüklənən tətbiq məlumatları izlənib.

 

Məlum olub ki, mart ayında karantin saatı ilə əhalinin təxminən üçdə ikisi daha az gəzməyə, qaçmağa və velosiped sürməyə başlayıb. 65 yaşdan yuxarı əhali isə bu dövrdə aktiv olmağa çalışıb, qaydalar yumşaldılan kimi aktivlik səviyyələrini artırıblar.

 

Aktivliyin ən çox azaldığı qrupun gənclər olduğu müşahidə olunub, bunun səbəbinin idman salonlarının bağlanması göstərilib.

 

Kollecin fiziki aktivlik və sağlamlıq üzrə professoru Abi Fisher deyib ki, işdən sonra müəyyən günlərdə idman salonuna getmə vərdişinizi pandemiya ilə bağlı davam etdirə bilmirsinizsə, onu əvəz edəcək bir motivasiya tapmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub