Qəbələdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
10.12.2023 11:26

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ümummilli və Əbədi Liderimiz” adlı tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov ömrünü Azərbaycanın inkişafına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin Vətənimiz qarşısında tükənməz xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyub və bununla da adını qızıl hərflərlə ölkəmizin tarixinə yazdırıb.

 

Diqqətə çatdırıb ki, dahi lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulayıb ki, məhz bu məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə mühüm nailiyyətlər əldə edib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımız düşmən əsarətindən azad olunub.

 

Daha sonra müəssisənin Laboratoriya şöbəsinin müdiri Kəmalə Alıyeva çıxış edərək görkəmli şəxsiyyət Heydər Əliyevin sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə Azərbaycan xalqının qəlbində unudulmaz izlər buraxdığını qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır