Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirilib
09.12.2023 13:05

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Naxçıvanda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Xll Regional Konfransı keçirilib.

 

Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd oftalmologiyada daim baş verən yenilikləri, aktual məsələri müzakirə etmək, region həkimlərinin iştirakına və inkişafına dəstək olmaqdan ibarətdir.

 

Tədbirdə “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyin” sədri Ləman İbrahimova çıxış edib.

 

Sonra Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, prof. Elmar Qasımov iştirakçıları salamlayaraq konfransı açıq elan edib. O, Zərifə Əliyevanın zəngin elmi irsinin dünya oftalmologiyasına verdiyi mühüm töhfələrdən, alimin misilsiz xidmətləri və oftalmologiya elminin inkişafındakı müstəsna rolundan danışıb.

Elmar Qasımov daha sonra rəhbərlik etdiyi Mərkəzin fəaliyyət istiqamətləri, Səyyar Klinikanın bölgələrdə həyata keçirdiyi tədbirlər, eləcə də "WETLAB” kurslarının (müasir cərrahiyyə tədrisi laboratoriyasın) rolundan bəhs edib.

 

Daha sonra Milli Oftalmologiya mərkəzinin direktor müavini, t.e.d. Hicran Namazova, Naxçıvan Muxtar Respublikası Xəstəxanası direktoru Fəhruz Zehirov çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

 

Tədbir öz işini panel iclaslarla davam etdirib.

T.e.d. Hicran Namazova, t.ü.f.d. Rühəngiz Balayeva, t.ü.f.d. Yazgül Abdıyeva, Ceyhun Nəzərli, t.ü.f.d. Rəfadar Xəlilov, t.ü.f.d Polad Məhərrəmov, Emin Əlihüseynli və Kəmalə Əliyevanın moderatorluğu ilə müxtəlif mövzularda müzakirələr aparılıb.

 

Konfransda “Oftalmologiyada onkoloji sayıqlıq”, “Eksimer Lazer cərrahiyyəsinin oftalmotonometrik göstəricilərinə təsiri”, “Neft sənayəsi işçilərində göz xəstəlikərinin yayılması və klinik-immonoloji xüsusiyyətləri”, “Azərbaycanda qohum nikahlardan doğulmuş uşaqlarda piqmentli retinit xəstəliyinin xüsusiyyətləri”, “Naxçıvan MR da Diabetik retinopatiyanın yayılma tezliyi” və s. mövzularda məruzələr dinlənilib.

 

Sonda suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

 

Elmi-məlumat, tədris və təşkilati-metodiki bölməsinin müdiri, t.ü.f.d. Abdıyeva Yazgül konfrans haqqında Naxçıvan Televiziyasına geniş müsahibə verib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev