Qoşqar Təhməzli Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
08.12.2023 17:21

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

 

Aztibb.az-a AQTA-dan verilən məlumata görə, görüş zamanı Q.Təhməzli respublikamızda qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə ətraflı məlumat verib. 

 

Eyni zamanda, görüşdə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanundan irəli gələn tələblər çərçivəsində iki ölkənin müvafiq qurumları arasında həyata keçirilən işlərə nəzər salınıb. Bildirilib ki, sözügedən qanunun tələbləri barədə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumatlandırılıb. Bu vaxtadək Agentliyə Türkiyədə fəaliyyət göstərən 83 müəssisə tərəfindən təsdiq üçün müraciət olunub. Müraciətlər əsasında 10 müəssisədə qiymətləndirmə aparılıb və həmin obyektlər Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Digər müraciətlər üzrə də müvafiq işlər həyata keçirilməkdədir.

 

Görüş zamanı ticarət əməkdaşlığının artırılması və idxal-ixrac prosedurlarının sadələşdirilməsi məqsədilə hər iki ölkədə fəaliyyət göstərən qida obyektlərinin, o cümlədən heyvan mənşəli məhsulların istehsalı və emalı müəssisələrinin təsdiqi sisteminin ekvivalentliyinin tanınması məsələləri də müzakirə edilib. Eləcə də respublikamızdan bu ölkəyə ixrac olunan heyvan mənşəli məhsulların növünün və sayının artırılması ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev