Yeni Klinikada 4 aylıq körpə xilas edilib
08.12.2023 14:30
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Uşaq Reanimasiya və İntensiv terapiya (PİCU) şöbəsinə ilk müraciət qeydə alınıb.
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, ishal, yüksək temperatur şikayətləri ilə Uşaq təcili tibbi yardım şöbəsinə təcili tibbi yardım avtomobili ilə gətirilən 4 aylıq körpə müayinə olunduqdan dərhal sonra Uşaq Reanimasiya və İntensiv terapiya (PİCU) şöbəsinə yerləşdirilib.
Ağır septiki vəziyyətdə qəbul edilən xəstədə dərin süstlük, dehidratasiya, qızdırma, ürək döyüntülərinin artması, dəri rənginin solğunluğu müşahidə edilib. İnfeksion laborator göstəriciləri olduqca yüksək olan xəstəyə sepsis, ensefalit diaqnozu qoyularaq aqressiv antibotik və antiviral terapiya müalicəsinə başlanılıb.
Bundan başqa, xəstədə qaraciyərlə bağlı enzimlərin normadan 40 dəfə çox olduğu, kliniki qıcolma, epileptik status müşahidə edilib.
Bu müddət ərzində xəstəyə ikili sedativ təsirli infuziya icra edilib və qıcolma tutmalarının sonlanması üçün medikal komaya salınaraq süni tənəffüs aparatına qoşulub. 48 saat sonra isə süni tənəffüs aparatından ayıraraq infuziyaların dozu azaldılıb.
Beləliklə, 4 aylıq körpə Uşaq Reanimasiya və İntensiv terapiya (PİCU) şöbəsinin müdiri Müşviq Ramazanov, uşaq kardioloqu, uzman həkim Bəhruz Əliyev, invaziv radioloq Dursun Həsənov və Ege Hospitalın uşaq nevroloqu, uzman həkim Ceren Bibinoğlu Amirovun müayinə və müalicəsi ilə ağır vəziyyətdən xilas edilərək stasionar şöbəyə yatırıldıqdan sonra ambulator müalicə üçün evə yazılıb.
Bu bölməyə aid digər xəbərlər
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

