COVID-19 pandemiyası Çində mikoplazma infeksiyasının yayılmasına təsir edib
08.12.2023 14:04

Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Qintsburq bildirib ki, mikoplazma infeksiyası ÇXR ərazisində əhəmiyyətli dərəcədə yayılıb.

Aztibb.az “MİR” telekanalının portalına istinadən xəbər verir ki, buna səbəb əvvəllər dünyada və Çində COVID-19 pandemiyasının olmasıdır.

Alimin sözlərinə görə, indi uşaqlar əsasən mikoplazma infeksiyasına yoluxurlar, lakin gələcəkdə hər şey daha ciddi ola bilər. Fakt budur ki, mikoplazma infeksiyası zəifləmiş immunitet sistemi olan insanlar üçün çox təhlükəlidir. Digər hallarda insan orqanizmi Mycoplasma və Mycoplasma pneumoniae ilə asanlıqla mübarizə apara bilər.

Akademik qeyd edib, bu xəstəliyi antibiotiklərlə müalicə etmək olar.

Mikoplazmalar bakteriya və viruslar arasında təkamül nərdivanında aralıq mövqe tutan bir hüceyrəli mikroorqanizmlərdir. Onlar demək olar ki, hər yerdə mövcuddur: torpaqda, suda, bitkilərdə, heyvanların və insanların bədənində.

Digər təhlükə odur ki, bu xəstəliyi müəyyən etmək çətindir. Onun simptomları adi qriplə qarışdırıla və bu səhv nəticəsində yanlış müalicə aparıla bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev