Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib
06.12.2023 09:04
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
 
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Aztibb.az-a bildirilib ki, qurumun mütəxəssisi Aynur Qarayeva “Sağlam gənclik – sağlam gələcək” adlı tədbirdə çıxış edərək, QİÇS, narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırıb, gənclərin təhsilə, elmə, idmana olan marağını artırmaq üçün tövsiyələr verib.
 
İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) məktəblilərin anlayacağı tərzdə aydınlıq gətirən həkim, gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını diqqətə çatdırıb.
 
Sonda mütəxəssislərə ünvanlanan suallar cavablandırılıb, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub