Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans təşkil edilib
02.12.2023 10:14

Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar konfrans keçirilib.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS-in yoluxma tarixinə, yayılmasına diqqət çəkib. Bildirib ki, QİÇS epidemioloji xəstəlik kimi 40 ildir mövcuddur. Ötən müddətdə 40 milyon insan bu xəstəliyə tutulub. Gündə 3500 insan virusa yoluxur. Yoluxanların 9 milyonu heç bir müalicə qəbul etmir. Məlum sahədə ölkəmizdə vəziyyət qənaətbəxçdir. Bu o demək deyil ki, bizdə yoluxma yoxdur. Hökumətimiz bu sahəyə xüsusi qayğı göstərir. Müayinələr, müalicələr dövlət hesabına həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı, Qlobal Fond bu işdə bizə dəstək verirlər. 

 

Nazir müavini Ümumdünya QİÇS-lə Mübarizə Gününün builki şüarının “İcmaları önə çəkək!” olduğunu bildirib. Vurğulayıb ki, bu şüar həkimlərimizi, donorlarımızı birgə əməkdaşlığa, həmrəyliyə səsləyir. Birgə əməkdaşlıqla hədəflərə nail ola biləcəyik.
N.Zeynalov qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlik sosial problemlər də doğurur. Bu sosial-ictimai problemlər virus daşıyıcıları olan şəxslərin stiqmatizasiyası ilə bağlıdır. Onların cəmiyyət tərəfindən qəbul olunmaması, diskriminasiyaya məruz qalması halları var. Tibbi məsələlər tədricən həll edildikcə, bu sosial problemlər ön plana çıxır. Bu sahədə böyük işlər görmək lazımdır.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov hazırda ölkəmizdə QİÇS-lə bağlı epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb: “Təqdirəlayiq haldır ki, Azərbaycanda infeksiyaya yoluxma əsasən yüksək riskli qruplar arasında olur və uzun müddətdir ölkəmizdə bu virusun təmərküzləşmiş mərhələdə saxlanılmasına nail olunub”.

 

Tədbirdə “Ölkəmizdə QİÇS/İİV-lə bağlı cari vəziyyət və görüləcək işlər” adlı təqdimatla RQMM-in direktoru Famil Məmmədov çıxış edib. Bildirib ki, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizəyə baxmayaraq, onun xüsusən də, Şərqi Avropa və Mərkəzi Asiya (ŞAMA) regionunda yayılması davam etməkdədir. Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb. Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində İİV infeksiyasının yayılmasını məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Aparılan əks epidemik tədbirlər nəticəsində ölkəmiz regionda ən az yayılma göstəricisi olan ölkədir.

 

Öz çıxışında Mərkəzin direktoru 2023-cü ilin 11 ayı ərzində 792 nəfərdə İİV-ə yeni yoluxma qeydə alındığını deyib: “Onlardan 761 nəfəri Azərbaycan vətəndaşı, 31 nəfəri isə əcnəbilərdir. Qeydiyyata alınmış 761 ölkə vətəndaşlarından 534-ü kişi, 211-i isə qadınlardır. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən bu günədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 6357-si kişi, 2810-ü qadınlardır. 2023-cü ilin 11 ayının sonuna QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 2080 nəfər olub. 1987-ci ildən bu günədək İİV infeksiyasından 1400 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib”.

 

Tədbirdə mövzu ilə əlaqəli digər təqdimatlar da dinlənilib. Çıxış edənlər ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıblar.


Konfrans daha sonra öz işini müzakirələrlə davam etdirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır