Swyer sindromunun müalicəsinin vaxtında aparılması vacibdir
02.12.2023 09:56

ATU-nun Tədris Terapevtik Klinikası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə növbəti seminar keçirilib.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, adıçəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov seminarın nadir endokrinoloji xəstəlik olan “Swyer sindromu”na həsr olunduğunu bildirib.

 

Daha sonra II Uşaq xəstəlikləri kafedrasının assistenti İlsur Novruzovun həmin mövzuyla bağlı məruzəsi dinlənilib.

 

Məruzəçi nadir endokrinoloji xəstəliklərdən biri sayılan “Swyer sindromu”nun klinikası, patofiziologiyası, diaqnostika üsulları və müalicəsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu xəstəliyə çox az rast gəlinsə belə, erkən aşkarlanması, diaqnozunun düzgün qoyulması və müalicəsinin vaxtında aparılması vacibdir.

 

II Daxili xəstəliklər kafedrasının dosenti Səbinə Məşədiyeva, assistenti Gülarə Axundbəyli, klinikanın Baş həkimi Fəridə Hacıyeva, Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri və II Uşaq xəstəlikləri kafedrasının assistenti Qoşqar İsmayılov da “Swyer sindromu” barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Eyni zamanda, uşaq endokrinologiyası üzrə II kurs həkim-rezident Kamran Şərifovun İ.Novruzovun rəhbərliyi altında mövzuya dair əlavə elmi təqdimatı olub. Həmçinin "Ailəvi hiperxolesterinemiya" mövzusunda ətraflı müzakirələr aparılıb.

 

Seminarın sonunda məruzəçilər rezidentlərin və tələbələrin suallarını cavablandırıblar.

 
 
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub