Hədəf Kurslarının abituriyentləri Yeni Klinikada olublar  
01.12.2023 10:20
Hədəf Kursları Nizami filialında 4-cü ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan abituriyentlərin Yeni Klinika tibb müəssisəsinə infoturu təşkil olunub.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, turun əsas məqsədi Yeni Klinika tibb mərkəzi ilə abituriyentləri tanış etmək, onlara gələcəkdə seçəcəkləri ixtisasla bağlı əyani məlumat vermək və qəbul imtahanlarında uğur qazanmaları üçün stimul yaratmaqdır.
 
Peşəkar həkim və tibbi heyətlə söhbət edərək onları maraqlandıran suallara cavab alan “həkim namizədlər” həmçinin tibb müəssisəsinin bir neçə şöbəsi ilə yaxından tanış olublar.
 
Sonda abituriyentlər təşkil olunan görüşün səmərəli keçdiyini qeyd edərək yaradılan şəraitə görə Yeni Klinika rəhbərliyinə və heyətinə təşəkkür ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır