“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində təlimlər keçirilir
25.11.2023 12:55
Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə 2022-ci ilin may ayından etibarən Lənkəran rayonunda icra edilən “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi davam edir.
 
“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi BMT-nin Əhali Fondu (UNFPA), Səhiyyə Nazirliyi, nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və tərəfindən birgə həyata keçirilir.
 
Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.
 
Layihənin məqsədi pilot olaraq seçilmiş Lənkəran rayonunda əngəllənə bilən ana ölümlərinin sayının azaldılmasına nail olmaq və layihənin icrasından əldə ediləcək müsbət nəticə və təcrübənin Azərbaycanın digər rayonlarında da tətbiqinə zəmin yaratmaqdan ibarətdir.
 
2023-cü ildə layihənin ikinci mərhələsinin icrasına başlanılıb. 23 noyabr 2023-cü il tarixində fövqəladə və təcili tibbi yardımın göstərilməsi zamanı reproduktiv sağlamlığa dair ilkin tibbi yardımın göstərilməsini simulyasiya edən praktiki məşğələlər keçirilib.
 
Layihənin icrasına Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, eləcə də Respublika QİCS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri cəlb olunublar.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır