Bakı Beynəlxalq Ginekoloji Konfransı işə başlayıb
24.11.2023 10:12
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq Ginekoloji Konfransı işə başlayıb.
 
Bakı Sağlamlıq Mərkəzindən Aztibb.az-a bildirilib ki, mama-ginekoloq, professor İslam Mahalovun rəhbərlik etdiyi konfransın ilk günündə “MİPS BAKI - III Praktik Kurs”u baş tutub.
 
Canlı cərrahiyyə ilə başlayan kursda prof. İslam Mahalovun “Laparoskopik sakropeksiya” əməliyyatı əməliyyatxanadan akt zalına canlı bağlantı həyata keçirilib.
 
Canlı cərrahiyyə yekunlaşdıqdan sonra ardıcıl olaraq nəzəri və praktik kurslarda iştirakçılar öz bilik və bacarıqlarını inkişaf etdiriblər.
 
Prof. İslam Mahalov, prof. Diaa Rizk, prof. Fulya Dökmeci, Kadyrzhan Ussenov, Abdullah Arman Özdemir, Fəridə Abbasovanın çıxışları əsasında 5 kurs keçirilib. “Hamiləlik, doğuşun çanaq dibinə təsiri və qorunması”, “Ultrasəs və çanaq dibi diaqnostikası”, “Urodinamika”, “Laparoskopiya”, və “Histeroskopiya” kursu da daxıl olmaqla bütün kurslarda mütəxəssislər ginekoloji xəstəliklər zamanı müasir müalicə üsullarını əhatə edən müxtəlif mövzular barədə çıxışlar ediblər.
 
Qeyd edək ki, yerli və xarici professorların, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi beynəlxalq konfrans və MİPS kursları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 27 DTT balı ilə qiymətləndirilib.
 
JW Marriott Absheron Baku və Bakı Sağlamlıq Mərkəzində 24-25 noyabr tarixlərində ”Minimal və Endo-Vizual Ginekologiya" - "Sərhədsiz Ginekologiya - VII Konfrans"ları baş tutacaqdır.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub