Mərkəzi Gömrük Hospitalının həkimi ÜST-nin təşəbbüsü ilə keçirilən beynəlxalq konfransda çıxış edib
24.11.2023 09:11

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən "Antimikrob rezistentliyinin qarşısının alınması" mövzusunda beynəlxalq konfransda iştirak edib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, o, tədbirin panel iclasında “COVID-19 və ictimai sağlamlıqla bağlı digər təxirəsalınmaz hallar- İnfeksiyanın qarşısının alınması və nəzarət istiqamətində yaxşılığa doğru dəyişikliklər” mövzusunda təqdimatla çıxış edib.  

 

Mədinə Abdullayeva təqdimatında COVID-19 pandemiyası zamanı Mərkəzi Gömrük Hospitalında ən ağır koronavirus xəstələrinin müalicəsi üçün diaqnostika və müalicə xidmətləri üçün bioloji təhlükəsizlik (BSL2 / BSL2+) standartlarına tam cavab verən müasir Real vaxtlı PZR laboratoriyanın yaradılması, eləcə də koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenlənmə cihazından (EKMO) istifadə etməklə uğurlu müalicə prosesi barədə ətraflı məlumat verib.

 

O, infeksiyanın qarşısının alınması və infeksiyaya nəzarət tədbirlərinin gücləndirilməsi yolunda tələb olunan müasir metodlar və tələblər barədə danışıb, tibb işçilərini infeksiyanın qarşısının alınması istiqamətində olduqca diqqətli olmağa çağırıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub