Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılan körpə uğurla əməliyyat olunub
23.11.2023 14:05
Vətən müharibəsi iştirakçısı, hərbiçimiz Oruc Mustafayevin 35 həftəlik qida borusunun atreziyası diaqnozu ilə doğulan körpəsi ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Reanimasiya və intensiv terapiya şöbəsinə çatdırılıb.
 
Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, həkim-reanimatoloq Gülnarə Quliyeva tərəfindən aparılan əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata alınıb.
 
Həkim-cərrah Heyrət Əhmədov tərəfindən anestezioloq Nailə Səlimovanın iştirakı ilə körpəyə qida borusunun atreziyası, boyun ezofaqostomiya, qastrostomiya əməliyyatı icra olunub.
 
Əməliyyatdan sonra Reanimasiya şöbəsində kompleks müalicə davam etdirilib. Stabilləşdikdən sonra körpə Vaxtından Əvvəl Doğulmuşların Patologiya şöbəsinə köçürülüb. Xəstə şöbədə həkim Səbinə Məcidova tərəfindən təqib olunub, kafi vəziyyətdə, 3250 qram çəki ilə evə yazılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub