Vaxtından əvvəl dünyaya gələn körpə 70 günlük müalicədən sonra sağlam şəkildə ailəsinə qovuşub - ETMGİ
21.11.2023 12:35

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) hamiləliyin 27-ci həftəsində 1100 qram çəkidə dünyaya gələn körpə 70 günlük müalicədən sonra sağlam şəkildə ailəsinə qovuşub.

 

Bu barədə Aztibb.az-a İnstitutdan məlumat verilib.

 

Bildirilib ki, vaxtından əvvəl doğuş təhlükəsi ilə hamiləliyin 27-ci həftəsində ETMGİ-nin Hamiləliyin patologiyası şöbəsinə müraciət edən qadın bir neçə gün şöbədə stasionar nəzarətdə saxlanıldıqdan sonra vəziyyəti ilə əlaqədar təcili şəkildə şöbənin müdiri, həkim mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Zinyət Muradova tərəfindən icra olunan qeysəriyyə kəsiyi ilə övladını dünyaya gətirib.

 

Cinsi qadın, çəkisi 1100 qram, boyu 37 sm olan körpə vəziyyəti ilə əlaqədar dərhal Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Həkim-neonatoloq Günel Xəlilovanın nəzarəti altında yenidoğulmuşa stasionar müalicə planı təyin olunub. Üç dəfə ACV aparatına qoşulub, daha sonra CPAP dəstəyində olub, tənəffüs pozğunluğu, başında III dərəcəli parenximatoz qansızma, mədəciklərin dilatasiyası diaqnozları ilə müalicə olunub. Həmçinin, yenidoğulmuşa ROP müayinə və müalicəsi icra olunub. Şüa-diaqnostika üzrə həkim Təranə Kərimova tərəfindən dinamik olaraq nəzarətdə saxlanılan körpəyə icra olunan 70 günlük uğurlu müalicədən sonra sağlam şəkildə ailəsinə təhvil verilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər