Rəşad Mahmudov “Kardiologiyada və ürək-damar cərrahiyyəsində müasir metodlar” adlı beynəlxalq konfransda çıxış edib
21.11.2023 09:24
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi və Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Hətəmova Hacettepe Universitetinin Azərbaycandakı Baş ofisi olan İncir And Global Health şirkətinin və Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kardiologiyada və ürək-damar cərrahiyyəsində müasir metodlar” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, t.e.d. Rəşad Mahmudov konfransın rəsmi açılışında bildirib ki, konfransda kardiologiyada və kardiocərrahiyyədə müasir metodlar mövzusunda müzakirələr aparılacaq və bu müzakirələrdə məqsəd ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının vacib tərkib hissəsi olan ürək-damar xəstəlikləri ilə mübarizədə işimizin daha keyfiyyətli şəkildə vətəndaşlara çatdırılması üçün bilik və bacarıqlarımızın mübadiləsi olacaq.
 
3 sessiyadan ibarət konfransın panel iclasında Rəşad Mahmudov “Ürəyin işemik xəstəliyi olan komorbid vəziyyətlərdə revaskularizasiya: hansı metod və nə üçün?” adlı məruzə ilə çıxış edib. Onun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
 
Tədbirdə kardiyak görüntüləmənin üstünlükləri və potensial təhlükələri, kəskin cərrahi xəstəliklər zamanı yanaşı gedən ürək-damar xəstəlikləri, minimal invaziv təcrübələr haqqında məruzələr dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır