Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının tələbələri bilik və bacarıqlarını Mərkəzi Gömrük Hospitalının klinik bazasında artırırlar
20.11.2023 09:00
İkitərəfli əməkdaşlıq memorandumu çərçivəsində İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının IV, V, və VI kurslarının tələbələri "Fövqəladə hallar təbabəti", "Daxili xəstəliklər" və digər fənlər üzrə praktiki dərsləri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında keçirlər.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, hospitalın bazasında tələbələrə tədris edilən "Fövqəladə hallar təbabəti" kursunun proqramına uyğun olaraq, “Fövqəladə hallarda əhalinin çeşidlənməsi və təxliyəsi”, "Qıcıqlandırıcı kimyəvi mayelərlə zəhərlənmələr", "Texniki maddələrlə intoksikasiya", "Radiasiyadan qorunmanın tibbi vasitələri və radiasiya qəzaları zamanı tibbi yardım", "Nəqliyyat, partlayıcı və yanğın təhlükəli fövqəladə hallarda tibbi yardımın təşkili" və digər aktual mövzular üzrə təcrübə seminarları təşkil olunur.
 
Gömrük Hospitalının bazasında yaradılmış unikal elmi və kliniki tədris şəraiti tələbələrə müasir səviyyədə həm nəzəri biliklərin, həm də praktiki bacarıqların öyrədilməsinə və onların mənimsənilməsinə imkan verir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev