Bakı Baş Səhiyyə Mərkəzi uşaqların icbari dispanserizasiyasını davam etdirir
17.11.2023 13:33

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi uşaqların icbari dispanserizasiyasını davam etdirir.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, növbəti tədbir 2 nömrəli Uşaq Poliklinikasının tibb heyəti tərəfindən paytaxtın Nizami rayonunda fəaliyyət göstərən 201 saylı tam orta məktəbdə baş tutub.

 

Poliklinikanın tibb heyəti uşaqların icbari dispanserizasiyasının tələblərinə uyğun olaraq şagirdlərin ilkin müayinəsini həyata keçirib.

 

Tədbirdə LOR, pediator, oftalmoloq, stomatoloq, cərrah, həkim-nevropatoloq və s. həkimlər iştirak edib. Müayinələr zamanı otorinolarinqoloq (LOR) 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlayıb. Habelə həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub.

 

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.

 

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.

 

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

 

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevropatoloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir. Proses il ərzində mütəmadi şəkildə aparılır.

 

Məlumat üçün bildirək ki, Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyasını həyata keçirən Bakı Baş Səhiyyə Mərkəzi sentyabr ayından etibarən (yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq) bu prosesi sürətləndirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub