UNİCEF-in nümayəndə heyəti Naxçıvan MR Səhiyyə nazirinin birinci müavini ilə görüşüb
15.11.2023 13:33
BMT-nin Uşaq Fondu UNİCEF-in nümayəndə heyətinın Naxçıvana səfəri başlayıb.
 
Bu barədə Aztibb.az-a Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən xəbər verilib.
 
BMT-nin Uşaq Fondu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilovanın başçılıq etdiyi heyətin Naxçıvana səfəri Naxçıvan MR Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və həkim heyəti ilə olan görüşlə başlayıb.
 
Görüşdə Samiq Sadıxov muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan islahatlardan və xidmətin ən yüksək şəkildə təmin olunması üçün nəzərdə tutulan layihələrdən bəhs edib. Bildirilib ki, səhiyyə sistemində ən önəmli məsələ ilkin səhiyyədir. Vətəndaşların yüksək tibbi xidmətlərdən yararlana bilməsi məqsədilə muxtar respublikada 37 Ailə Sağlamlıq Mərkəzi, həmçinin tərkibində peyvənd mərkəzi olan İctimai Səhiyyə Xidməti yaradılıb. Yaxın zamanda istifadəyə veriləcək Smart Peyvənd sistemi uşaqların peyvənd olunması prosesini asanlaşdırmaqla yanaşı, peyvənddən kənarlaşma hallarının da qarşısını alacaq. Görüşdə muxtar respublikada səhiyyə sisteminin gələcək perspektivlərindən bəhs olunub.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub