Bakıda “Tək millət - iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” elmi praktik konfransı keçirilib
15.11.2023 11:14

Bu günlərdə Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə “Çocuk Alerji ve Astım Akademisi Derneği”nin təşkilati dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Tək millət - iki dövlət. Azərbaycan-Türkiyə Pediatriya Günləri” elmi praktik konfransı keçirilib.

 

Bu məlumat Aztibb.az-a Azərbaycan Tibb Universitetindən (ATU) verilib.

 

500-ə yaxın həkimin qatıldığı konfransın elmi proqramında pediatriyanın müasir problemlərinin müzakirəsinə həsr olunmuş 7 panel iclasında yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Almaniya, Orta Asiya türk dövlətlərini təmsil edən tanınmış elm adamları tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər. 

 

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimovanın sədrliyi ilə “Badamdar otel”də baş tutan konfransın rəsmi açılış mərasimində Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin müdiri Teymur Mirzəbəyli, “Çocuk Astım ve Allerji Akademisi Derneği” başkanı, professor Koray Harmancı çıxış ediblər.

 

Konfransın elmi hissəsi “Uşaqlarda hər xışıltı bronxial astmadırmı? Pediatrlar nə etməlidirlər”, “Bütün aspektləri ilə inək südü proteini allergiyası (İSPA)” və “Allergenspesifik immunoterapiya. Anaflaksiya” mövzularında müzakirəli panellərlə davam edib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub