Kliniki Tibbi Mərkəzdə klinik protokollara dair tədbir keçirilib
15.11.2023 10:09
Kliniki Tibbi Mərkəzdə (KTM) klinik protokollara dair tədbir keçirilib.
 
Aztibb.az KTM-ın feysbuk səhifəsinə istinadla xəbər verir ki, məqsəd iştrakçıları hər hansı bir xəstəlik, sindrom, klinik vəziyyət və ya klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan klinik tövsiyələrlə tanış etmək olub.
 
Tədbirdə KTM-in direktoru Könül Ələkbərov klinik protokollar və onların statusundan danışıb. Qeyd edib ki, bu vəsaitlər əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərə, eyni zamanda doğru qiymətləndirmə və monitorinq işinin aparılmasına, səhiyyə siyasətini müəyyən etməyə öz töhfəsini verir.
 
O, səhiyyə sisteminin yenidən qurulmasını, maddi-texniki bazasının gücləndirilməsini, icbari tibbi sığortanın tətbiqini əhalinin sağlamlığının qorunmasında yeni mərhələ kimi dəyərləndirib.
 
Daha sonra TƏBİB-in Tədqiqatlar və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva iştrakçıları klinik protokolların tərtib olunması metodologiyası ilə tanış edib.
 
Sonda iştrakçıları maraqlandıran suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub