"Ənənəvi kargüzarlığın elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyası" mövzusunda təlimlər təşkil olunub  
14.11.2023 14:23
İlkin səhiyyə xidmətində inzibati idarəetmə sisteminin təkmilləşdirilməsi, sənəd dövriyyəsinin asanlaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin əməkdaşları üçün "Ənənəvi kargüzarlığın elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyası" mövzusunda təlimlər keçirilir.
 
Bakı Baş Səhiyyə Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, təlimlər Mərkəzin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin Ümumi şöbəsinin böyük mütəxəssisi Əli Quliyev və mütəxəssis Cavid Seyfullazadə tərəfindən aparılır.
 
Təlimlərdə elektron sənəd dövriyyəsinin (ESD) əhəmiyyətindən danışan Ə.Quliyev bildirib ki, sənədlərin elektron formada dövriyyəsi günümüzün əsas tələblərindən biridir. Qeyd olunub ki, bu istiqamətdə Bakı Baş Səhiyyə Mərkəzi digər aidiyyəti qurumlarla birgə çox ciddi addımlar atıb. Yaxın gələcəkdə bütün tabeli qurumlarda hər bir sənədləşmə və sənəd dövriyyəsi yalnız bu sistem vasitəsi ilə həyata keçiriləcək. Hazırda Mərkəz və onun strukturuna daxil olan tibb müəssisələrində sistemin mərhələli şəkildə tətbiqi davam etdirilir. 
 
C.Seyfullazadə isə bildirib ki, 2022-ci ilin fevral ayından etibarən Bakı Baş Səhiyyə Mərkəzində sənəd dövriyyəsi prosesi məhz elektron sənəd dövriyyəsi sistemi vasitəsilə elektron şəkildə aparılır:
“Bununla da sənədlərin qeydiyyatı, çatdırılması və sistem vasitəsilə göndərilməsi sahəsində həm operativlik təmin edilib, həm də resurslara qənaət edilib. Bu təlimlərdə iştirak edən hər bir əməkdaş elektron sənəd dövriyyəsi zamanı qarşılaşacağı çətinlikləri, yarana biləcək hər hansı problemi rahatlıqla həll edə, eyni zamanda müəssisəyə ünvanlanan məktubları, bildirişləri operativ şəkildə cavablandıra biləcək. Bu istiqamətdə Bakı Baş Səhiyyə Mərkəzi bütün lazımi tədbirləri görür”.
 
Qeyd edək ki, nəzəri və praktiki hissələrdən ibarət olaraq keçirilən bu təlimlərdə sənədlərin düzgün qəbulu, emalı və göndərilməsi zamanı diqqət yetirilməli məqamlar barədə ətraflı məlumat verilir, yarana biləcək çətinlik və digər məsələlərə aydınlıq gətirilir.
 
"Ənənəvi kargüzarlığın elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyası" mövzusunda keçirilən bu təlimlərin il sonunadək davam edəcəyi və Mərkəzin tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrini əhatə edəcəyi nəzərdə tutulur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub