Fələstin səhiyyə nazirinin müavini: "Şifa xəstəxanasının həyətində yüzlərlə cəsəd yığılıb"
14.11.2023 11:22

Fələstinin Qəzza zolağının səhiyyə nazirinin müavini Yusuf Əbu ər-Riş İsrail hərbçiləri tərəfindən mühasirəyə alınan Şifa xəstəxanasının həyətində yüzlərlə cəsədin yığıldığını və bunun epidemiyanın xəbərçisi və əsl fəlakət olduğunu bildirib. 

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, Fələstin səhiyyə nazirinin müavini Əbu ər-Riş AA müxbirinə açıqlamasında Şifa xəstəxanasındakı humanitar vəziyyətlə bağlı məlumat verib.

 

Xəstəxanadakı humanitar vəziyyətin miqyasına diqqət çəkən Əbu ər-Riş qeyd edib ki, Qəzza zolağının ən böyük xəstəxanası olan Şifa Tibb Kompleksində vəziyyət çox təhlükəlidir, insanlar xəstəxananı tərk etmək məcburiyyətində qalırlar, yaralananlar var.

 

"Biz dəfələrlə tələb etmişik ki, xəstələrimiz xəstəxanadan çıxarılarkən onların təhlükəsizliyi təmin edilsin.  İsrailin 3 gündür mühasirədə saxladığı Şifa xəstəxanasında xəstələri, yeni doğulmuş körpələri və yaralıları təxliyyə etmək üçün təhlükəsiz yer yoxdur", - deyə Əbu ər-Riş bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub