Almaniyalı professora ATU-nun “Qonaq professor”u sertifikatı təqdim olunub  
13.11.2023 15:51

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Almaniya Heidelberg Universitetinin professoru Michael Keese və universitetin Mannhaym Tibb fakültəsinin əməkdaşı, ümumi cərrah Vüqar Yaqublunu qəbul edib.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Görüşdə iki ali təhsil müəssisəsi arasında perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də tibb təhsili sahəsində müasir çağırışlara dair fikir mübadiləsi aparılıb. Qonaqlara ATU-nun fəaliyyəti barədə geniş məlumat verilib.

 

Daha sonra professor Gəray Gəraybəyli ATU-nun “Qonaq professor”u sertifikatını M.Keeseyə təqdim edib. Rektor uğurlu əməkdaşlıq üçün professora təşəkkürünü bildirib.

 

Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018-ci ildən etibarən universitetdə “Qonaq professor” vəzifəsi təsis edilib. Hazırda 7 fərqli universitetin nümayəndələri ATU-nun “qonaq professor”larıdır. Bu titula layiq görülən mütəxəssislər müəyyən müddət ərzində universitetin müxtəlif fakültələrində dərs demək üçün dəvət olunurlar.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır