"Həkimlərimizi tanıyaq!” rubrikası: Peşəkar neyrocərrah Rəşid Vəlibəyov
15.11.2023 10:29
"Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə pasiyentlərin rəğbətini qazanmış Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Rəşid Vəlibəyovdan bəhs edəcəyik.
 
O, 1959-cu ildə anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. 1983-1984-cü illərdə 1 saylı Psixiatrik Xəstəxanasında psixiatriya ixtisası üzrə internatura keçib.
 
Rəşid Vəlibəyov 1984-1987-ci illərdə Saatlı RMX-da həkim-psixiatr, 1987-ci ildə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim-nevropatoloq işləyib. 1988-ci ilin yanvar ayından iyun ayına kimi Kiyevdə neyrocərrahiyyə ixtisası üzrə təkmilləşdirmə kursu keçib. 1988-ci ildən 2013-cü ilin mart ayınadək Qəbul-diaqnostika şöbəsinin həkim-neyrocərrahı, 2013-cü ilin aprel ayından Uşaq neyrocərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.
 
2023-cü ilin yanvar ayından Respublika Neyrocərrahiyyə Xəstəxanasında Uşaq neyrocərrahiyyə şöbəsinin həkim-neyrocərrahıdır.
 
Həkim 2001-ci ildə Kiyev şəhərində dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, neyrocərrahiyyə sahəsinə dair bir çox elmi məqalənin müəllifidir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub