ÜST mütəxəssisləri ilə laboratoriya üzrə işçi qrupun görüşü keçirilib
11.11.2023 14:45

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ilə laboratoriya üzrə milli siyasət və strateji planın hazırlanması üçün laboratoriya üzrə işçi qrupla 4-cü görüş keçirilib.

 

Bu barədə Aztibb.az ÜST-nin Azərbaycan Nümayəndəliyinin feysbuk səhifəsinə istinadla xəbər verir.


Tədbirin əsas məqsədi Azərbaycanda laboratoriya fəaliyyəti ilə bağlı milli siyasət və strateji sənədlərin formalaşdırılmasında Milli Laboratoriya İşçi Qrupuna əlavə məsləhətlər vermək idi.


Görüş zamanı müxtəlif qurumlar, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin texniki ekspertləri tərəfindən laboratoriya sisteminin situasiya təhlilinin yenilənmiş nəticələri təqdim edilib.


Məqsəd sektorlar arası ekspert qrupunu mövcud kontekstdə, habelə boşluqların təhlili və milli strateji planın əsas istiqamətlərinin formalaşdırılması ilə bağlı hərtərəfli müzakirələrə cəlb etmək olub.


Bu müzakirələrin nəticələri ölkədə laboratoriya sisteminin gücləndirilməsinə və təkmilləşdirilməsinə yönəlmiş çoxsahəli milli laboratoriya siyasətinin və strateji planının hazırlanmasına dəstək olmaq məqsədi daşıyır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib